Başakşehir-də rəsmi ayrılıq
Başakşehir futbolçusu Hasan Ali Kaldırım ilə yollarını ayırıb.
Goal.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Hasan Ali 2020-ci ilin avqustundan Başakşehir-də çıxış edirdi. O, bu komanda ilə 63 oyunda 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.