18/01/2023
19:21
1852
| A A A
FIFA Galatasaray-ın transfer qadağasını ləğv edib

FIFA Türkiyə klubu Galatasaray-ın transfer qadağasını ləğv edib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı ali futbol qurumundan məktub alıb.

“Cim-bom” uruqvaylı futbolçu Lukas Torreyranın keçidi zamanı ilk klubu olan İtaliya Pescara-sına 18 500 dollarlıq yetişdirmə pulunu gecikdirdiyi üçün müvəqqəti transfer qadağası ilə üzləşib. Həmin məbləğ artıq ödənilib və FIFA dərhal qərarın qüvvədən düşdüyünü bildirib. Bu isə o deməkdir ki, “sarı-qırmızılılar” qış dönəmində transfer edə bilərlər.

Qeyd edək ki, Galatasaray Türkiyə Super Liqasında 18 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI