Türkiyə klubunda baş məşqçi ayrılığı
Ankaragücü klubunda baş məşqçi Ömər Erdoğan vəzifəsindən ayrılıb.
Goal.az xəbər verir ki, mütəxəssis Super Liqanın XXIII turunda Fatih Karagümrük-ə məğlubiyyətdən (0:2) sonra istefa verib.
Qeyd edək ki, Ankaragücü Super Liqada 22 xalla 14-cü sıradadır.