Galatasaray-da Muslera şoku
Galatasaray ciddi itki ilə üzləşib.
Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera sıradan çıxıb.
Super Liqanın XXII turunda Trabzonspor-a qarşı keçirilən oyunun sonlarında sağ ayağından xəsarət alan qolkiperin son durumu tibbi müayinədən sonra bilinəcək.
Galatasaray Trabzonspor-u 2:1 hesabıyla məğlub edib.