08/02/2023
14:43
3111
| A A A
İkardi Galatasaray-ın tarixinə düşüb

Galatasaray-ın futbolçusu Mauro İkardi İstanbul klubunun tarixinə düşüb.

Goal.az xəbər verir ki, argentinalı hücumçu buna Superliqasının 22-ci turunda Trabzonspor-a qalib gəldikləri matçda (2:1) qol vurmaqla nail olub. O, Galatasaray-dakı ilk mövsümündə Fenerbahçe, Beşiktaş və Trabzonspor-a qol vuran yeganə oyunçudur.

Qeyd edək ki, müqavilə ilə PSJ-yə məxsus olan və Galatasaray-da icarə əsasında çıxış edən İkardi Superliqada bu mövsüm 10 oyuna 9 qol vurub, 6 qol ötürməsi edib. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI