Türkiyənin daha bir klubu ölkə çempionatındakı çıxışını dayandırıb
Yeni Malatyaspor klubu zəlzələ səbəbindən bu mövsüm I Liqadakı çıxışını dayandırıb.
Goal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.
O bildirib ki, Malatya təmsilçisindən sonra Adanaspor-un da çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyi gözlənilir.
Daha əvvəl Hatayspor bu mövsüm Superliqada mübarizə aparmayacağını açıqlayıb.
Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb.(report)