Galatasaray-da rəsmi ayrılıq
Galatasaray qapıçısı İsmail Çipe ilə yollarını ayırıb.
Goal.az xəbər verir ki, İstanbul klubu qolkiperi ilə müqaviləyə xitam verib. Çipenin yeni klubu da məlumdur. O, Boluspor-a keçib. Tərəflər gələn ilin yayına qədər müqavilə imzalayıb.
Galatasaray-ın yetirməsi olan 28 yaşlı qolkiper klubun əsas komandasında 9 oyun keçirib.