17/02/2023
22:22
2060
| A A A
Türkiyə Superliqasında təxirə salınmış oyunların vaxtı açıqlandı

Türkiyə Superliqasının 23-cü turunda zəlzələ səbəbindən təxirə salınmış oyunların keçiriləcəyi vaxt açıqlanıb.

Goal.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Giresunspor - Kayserispor, Fenerbahçe - Konyaspor oyunları fevralın 25-də olacaq. Ümraniyespor - Adana Demirspor görüşü isə fevralın 26-da keçiriləcək.

Həmçinin bildirilib ki, İstanbuldakı terror səbəbindən 16-cı turda təxirə salınan Beşiktaş - Antalyaspor qarşılaşması da fevralın 26-də oynanılacaq.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ olub. Son məlumatlara əsasən, fəlakət nəticəsində 38 044 nəfər həlak olub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI