19/02/2023
12:29
2368
| A A A
Super Liqadan çəkilən klubda daha 4 ayrılıq

Gaziantep klubunda daha dörd futbolçu ilə yollar ayrılıb.

Goal.az xəbər verir ki, dəhşətli zəlzələdən sonra bu mövsümün sonunadək oynamayacağı açıqlanan Super Liqa təmsilçisində yarımmüdafiəçi Luka Stankovski Sloveniyanın Gorica klubuna keçib.

Türkiyə klubu oyunçusunun bu mövsümün sonuna kimi icarədə oynayacağını açıqlayıb. Şimali Makedoniyadan olan 20 yaşlı futbolçu Rabotnicki-nin yetirməsidir. O, bu mövsümün əvvəlində transfer olunduğu Qaziantep təmsilçisində 11 oyuna 1 qol vurub.

Gaziantep digər oyunçularından Ömürcan Artan və Mustafa Burak Bozanın da Tuzlaspor-a icarəyə verildiyini açıqlayıb. Onlar da bu mövsümün sonunadək icarədə olacaq.

Gaziantep sol cinah müdafiəçisi Halil İbrahim Pehlivanla müqaviləyə isə xitam verib. 29 yaşlı futbolçu Rizespor-a keçib. O, yeni klubu ilə 2025-ci ilin yayına kimi sözləşmə imzalayıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI