Başakşehir-də braziliyalı hücumçu
Türkyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilməyə qərar verən Gaziantep-də daha bir ayrılıq yaşanıb.
Goal.az xəbər verir ki, elita təmsilçisinin hücumçusu Juan Fiqeyredo Super Liqanın digər klubu Başakşehir-ə keçib.
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı forvard yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb. Başakşehir bu transfer üçün qazianteplilərə 650 min avro ödəyib.
Fiqeyredo 2021-ci ildən oynadığı Gaziantep-də 64 oyuna 19 qol vurub.