20/02/2023
15:32
3836
| A A A
Mahir Emrelinin Konyaspor-da debüt edəcəyi tarix bilindi

Azərbaycan millisinin Konyaspor-a transfer olunan futbolçusu Mahir Emreli Türkiyə klubunda komanda ilə məşqlərə qatılır.

Goal.az xəbər verir ki, 25 yaşlı hücumçu Superliqanın 14-cü turunun Fenerbahçe ilə təxirə salınan matçı üçün hazırlıq prosesində iştirak edir. Bildirilir ki, Mahir Fenerbahçe ilə oyunda meydana çıxa bilər.

Belə olacağı halda millimizin üzvü Konyaspor-da debüt edəcək.

Qeyd edək ki, Konyaspor Mahir Emrelini bu mövsümün sonunadək Dinamo-dan (Zaqreb) icarəyə götürüb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI