Galatasaray ulduz futbolçusunu göndərir
Galatasaray futbolçusu Xuan Mata ilə yollarını ayıracaq.
Goal.az xəbər verir ki, İstanbul klubu mövsümün əvvəlində heyətinə qatdığı ispan yarımmüdafiəçini yayda komandadan göndərəcək.
Galatasaray rəhbərliyi Matanın çıxışından narazıdır və onu planlarında düşünmür. İspaniyanın Sequnda təmsilçisi Las Palmas futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi bu mövsüm 12 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.