03/03/2023
12:49
1769
| A A A
Fenerbahçe azarkeşlərinə qoyulan qadağa ləğv edildi

Kayserispor - Fenerbahçe matçına qonaq komandanın azarkeşlərinin buraxılmaması qərarı ləğv olunub.

Goal.az xəbər verir ki, bu barədə Kayseri 2-ci İdarə Məhkəməsi qərar verib.

Qeyd edək ki, bundan əvvəl Kayseri Təhlükəsizlik Şurası Fenerbahçe azarkeşlərinin Kayseripor-la matçda iştirakına qadağa qoymuşdu. İstanbul təmsilçisinin azarkeşləri fevralın 25-də oynanılan ölkə çempionatının 23-cü turunun təxirə salınmış Konyaspor-la matçında "Hökumət istefa" şüarı səsləndirmişdi. Kayseri Təhlükəsizlik Şurası Kayserispor-un stadionunda siyasi şüarların səsləndilməsininin qarşısını almaq üçün bu addımı atmışdı.

GÜNÜN ƏN ÇOX OXUNANLARI