Milan-dan ayrılan futbolçu karyerasını bitirdi
İtaliya millisinin və Milan-ın sabiq üzvü Rikkardo Montolivo karyerasını bitirib.
Goal.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında deyib. Montolivo, futboldan getdiyini bildirib:
“Bu andan etibarən futbolu bitirirəm. Ailəmlə birlikdə Milanda yaşamağa davam edəcəm. Bundan sonra nə edəcəyimi bilmirəm. Milan məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim”.
2012-ci ildən Milan-da forma geyinən Montolivo, 2018/19 mövsümündə heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Onun “qırmızı-qaralar”la müqaviləsi 2019-cu ilin yayında bitmişdi və o gündən işsiz idi.
Qeyd edək ki, Montolivo 66 dəfə İtaliya millisinin formasını geyinib.