14/11/2019
14:24
2794
| A A A
“Real-da Ronaldo ilə birlikdə oynamaq arzum idi”

Real klubunun futbolçusu Rodriqo Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, “kral klubu”nun keçmiş futbolçusu olan portuqaliyalı hücumçu ilə müqayisə olunması ilə bağlı danışan Rodriqo, bunları deyib:

“Real”da Ronaldo ilə birlikdə oynamaq arzum idi. Onun “Real”dan ayrılması hələ də təəssüf doğurur. Düşünürəm ki, artıq onunla birlikdə oynamaq çətin olacaq. O ki qaldı onunla müqayisə olunmağıma, bu klubda onun yerini tutduğumu demək üçün çox gəncəm. O, klub tarixinin ən böyük futbolçularından biridir. Onunla müqayisə etməklə, mənə təzyiq göstərmələrini istəmirəm”. (komanda.az)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1135 səs