08/08/2022
19:08
4456
| A A A
Arsenal-ın yeni transfer hədəfi

Arsenal heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Goal.az xəbər verir ki, London təmsilçisi Niderland PSV-sindən Kodi Gakponu transfer etmək niyyətindədir.

Niderlandlı hücumçu ilə Manchester United də yaxından maraqlanır.

23 yaşlı forvard PSV ilə bu mövsüm 2 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI