09/08/2022
12:35
2570
| A A A
Ferencvaros-un prezidenti: "Qarabağ-la oyunun əhəmiyyətinin fərqindəyik"

"Duel iki matçdan ibarətdir. Slovan-la görüşdə də bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq".

Goal.az xəbər verir ki, bunu Ferencvaros-un prezidenti Qabor Kubatov Macarıstanda Qarabağ-a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Fuknsioner azarkeşlərin matçın ağırlığını hiss etdiklərini bildirib: "Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, fanatlarımız qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır".

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq Ferencvaros – Qarabağ görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1. (report)