13/08/2019
12:29
1784
| A A A
İkardi Juventus-la anlaşdı

İnter-in hücumçusu Mauro İkardi Juventus-un formasını geyinməyə hazırlaşır.

Goal.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, argentinalı forvard Turin klubu ilə şəxsi razılıq əldə edib.

Napoli, Roma və Monaco ya "yox" cavabını verən Argentina millisinin üzvü "qoca sinyora" ilə 5 illik müqaviləni razılaşdırıb. Anlaşmaya əsasən, İkardinin yeni komandasında illik məvacibi 8 miloyn avro olacaq.

"Juve" Paulo Dibala və Mario Mandzukiçi satdıqdan sonra bu transferi rəsmən açıqlamağı planlaşdırır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28198 səs