Millimiz Lixtenşteyni qəbul edəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Goal.az xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığmasını qəbu edəcək.
İlk turunda səfərdə bu rəqibinə 0:1 hesabı ilə uduzan milimiz məğlubiyyətin əvəzəini çıxmağa çalışacaq.
Qeyd edək ki, Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında uduzub. Komandamızın yeganə qələbəsi isə Slovakiya ilə görüşdə olub.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
18:00. Azərbaycan - Lixtenşteyn
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Sumqayıt Arena”
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ