14/11/2019
17:13
2038
| A A A
Modriç MLS-ə keçə bilər

Real Madrid-in futbolçusu Luka Modriç karyerasını ABŞ-da davam etdirə bilər.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, həmtəsisçisi Devid Bekhemin olduğu İnter Miami xorvat yarımmüdafiəçi ilə maraqlanır.Klubun nümayəndələrindən birinin 34 yaşlı oyunçunu MLS-də oynamağa razı salmağa çalışdığı bildirilib.

Xəbərdə Madrid klubunun Modriçlə yolları ayırmağa hazır olduğu da vurğulanıb.

Qeyd edək ki, Modriç bu mövsüm La Liqada 7 matçda 1 qol vurub.

money.az currency