12/01/2018
11:30
3911
| A A A
"Manchester United"in transfer siyahısında olan hücumçular

"Manchester United" qış transfer pəncərəsində hücumçu axtartışına çıxıb. Goal.az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın transfer siyahısında Aleksis Sançez (Arsenal), Ceymi Vardi (Leicester City) və Xavyer Ernandesin (West Ham United) adı var. Baş məşqçi Joze Mourinyo Zlatan İbrahimoviçin formada olmamasına görə Romelu Lukakuya kömək edə biləcək futbolçu istəyir. Markus Reşford və Antoni Marsialı portuqal mütəxəsis cinah oyunçusu kimi nəzərdən keçirir. "United"in transfer siyahısında olan futbolçulardan ən bahalısı hazırda Ceymi Vardidir. "Leicester" onun buraxılış qiymətini 35 milyon funt müəyyənləşdirib. Sançezin "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatır. İngiltərə mətbuatı Mourinyonun həmkarı Arsen Venqerə zəng vuraraq çilili forvardın əvəzinə Henrik Mxitaryanı "topçular"a göndərməyi təklif etdiyini yazır. "Manikunianlar" Aleksisə həmşəhərliləri "Manchester City"dən daha çox məvacib ödəməyə hazırdır. 2010-15-ci illərdə "United"in şərəfini qorumuş Xavyer Ernandesə isə 16 milyon funt qiymət qoyulub. Meksikalı hücumçu alternativ variant kimi nəzərdən keçirilir.