12/01/2018
17:52
4154
| A A A
Qvardiola Premyer Liqada növbəti rekord müəyyənləşdirdi

İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı baş məşqçisi açıqlanıb. Goal.az xəbər verir ki, bu mükafat növbəti dəfə "Manchester City"nin çalışdırıcısı Xosep Qvardiolaya təqdim olunub. 46 yaşlı mütəxəsis ardıcıl 4-cü dəfə ayın ən yaxşı seçilməklə rekorda imza atıb. Turnir Premyer Liqa adlanandan bəri bunu bacaran məşqçi olmamışdı. Qvardiolanın komandası dekabrda 6 qələbə qazanmış, 1 heç-heçə etmişdi. "Crystal Palace" ilə qolsuz bərabərlik, həm də "City"nin ardıcıl 19 oyunluq qələbə seriyasının qırılmasına səbəb olub. Katalon məşqçidən başqa,dekabrın ən yaxşısı seçilməyə namizədlər Sem Ellarday (Everton), Antonio Konte (Chelsea), Yurqen Klopp (Liverpool), Maurisio Poçettino (Tottenham) və Roy Hocson (Crystal Palace) idi.