13/02/2018
12:50
2362
| A A A
Eden Hazard "Chelsea"nin əfsanələrinə yaxınlaşır

İngiltərə Premyer Liqasında 27-ci tura "Chelsea" - "West Bromwich Albion" qarşılaşması ilə yekun vurulub. Oyun "zadəganlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Goal.az xəbər verir ki, oyunda dubla imza atan Eden Hazard Liqada 7-ci dəfə "West Bromwich"i məyus edib. Belçikalı yarımmüdafiəçi Premyer Liqada "Chelsea"nin 105 qolunda pay sahibi olub - 68 qol, 37 məhsuldar ötürmə. Bu baxımdan Hazardı yalnız Didye Droqba (159) və Frenk Lempard (237) qabaqlayır.

Qeyd edək ki, Antonio Konte məşqçi kimi çempionatda 4-cü dəfə Albion klubu ilə qarşılaşıb. Bu oyunların hamısında qalib gələn "Chelsea" qapısını toxunulmaz saxlayıb. Ümumiyyətlə "West Bromwich" sonuncu dəfə londonluları səfərdə 1983-cü ilin noyabrında keçirilmiş Liqa Kubokunda 1-0 məğlub edib. Həmin vaxtdan bütün turnirlər daxil olmaqla "Stamford Bridge" stadionunda tərəflər arasında 17 oyun baş tutub. bunların 14-də "Chelsea"nin qələbəsi, 3-də isə heç-heçə qeydə alınıb.