13/02/2018
14:38
1818
| A A A
"Manchester City" nümayəndələri hakimlərin işinə cavabdeh şəxslə görüşəcək

İngiltərədəki futbol oyunlarında hakimlərin işinə məsul olan qurumun rəhbəri Mayk Rayli "Manchester City" klubunun nümayəndələri ilə görüşəcək. Goal.az xəbər verir ki, görüşdə "şəhərlilər" hakimliklə bağlı təklifləri müzakirə olunacaq. Mançester klubu cari mövsümdə futbolçularına qarşı sərt oyundan narazıdır. "City"də hesab edirlər ki, oyundan sonra İngiltərə Futbol Assosasiyası hakim qərarlarını yenidən nəzərdə keçirib cəza vermək səlahiyyətinə malik olmalıdır. Klub "Professional Game Match Official Ltd" təşkilatının meneceri Rayliyə 9 epizod göndərmişdi. Bu epizodlarda "Manchester City" futbolçularına qarşı kobud oynayan rəqibin yetərincə sərt cəzalandırılmaması öz əksini tapımışdı. Mayk Rayli mövsümün gedişində müxtəlif klubların nümayəndələri ilə görüşür. "City" qaydalarda dəyiişklik edilməsi üçün başqa qurumları inandırmalıdır. Bu isə ağlabatan görünmür.