10/10/2018
10:22
7415
| A A A
Mourinyo qalsa 6 futbolçu gedəcək

İngiltərə Premyer Liqasında çıxış edən Manchester United-in baş məşqçisi Joze Mourinyo istefa verməsə 6 oyunçu klubu tərk edəcək.

Goal.az xəbər verir ki, ingilis klubunda vəziyyət get-gedə gərginləşir. Belə ki, mövsümə uğursuz başlayan Mourinyodan həm azarkeşlər, həm də klubun futbolçuları narazıdır. Klub rəhbərliyi portuqaliyalı mütəxəssisə güvəndiyini bildirsə də De Xea, Erik Bayi, Lük Şou, Pol Poqba, Antonio Valensiya və Antoni Marsial növbəti transfer pəncərəsində klubu tərk edəcəklərini bildiriblər.

Xatırladaq kı, Manchester United Premyer Liqada keçirdiyi 8 oyuna 13 xal toplayaraq 8-ci pillədə qərarlaşıb.