11/10/2018
11:36
1018
| A A A
Con Terri Aston Villa-da

Keçmiş futbolçu, Con Terri Aston Villanın məşqçisi seçilib. Goal.az Aston Villa-nın rəsmi saytına istinadən xəbər verir ki, Con Terri Birminqem təmsilçisinin köməkçi məşqçisi seçilib. Öncədən baş məşqçi postuna namizəd olan Con Terrinin əvəzinə Din Smit gətirilib,Terri isə onun köməkçisi olacaq. Aston Villa klubu Terri üçün yad deyil, belə ki İngiltərə futbolunun əfsanəsi keçən mövsüm Aston Villanın heyətində 36 oyuna çıxıb. Xatırladaq ki, Aston Villa Çempionşipdə keçirtdiyi 12 oyundan sonra, 15 xalla 15-ci pillədə qərarlaşıb.