26/11/2018
14:21
1277
| A A A
Benitesə yeni müqavilə təklif edildi

Newcastle baş məşqçi Rafael Benitesə yeni müqavilə təklif edib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis təklifi müsbət cavablandırmayıb. Benites klubu gücləndirmək üçün vəsait xərcləməyi daha vacib hesab edir. “Yeni müqavilə barədə söhbət gedə bilməz. Bunu unudun. Hələlik heç bir müzakirə aparılmır. Müzakirələrin tərəfdarı deyiləm. İrəli getmək lazımdır. Komandanı gücləndirmək barədə fikirləşmək daha önəmlidir. Münasib futbolçular axtarmalıyıq. İngiltərə klublarından oyunçu almaq mümkün deyil Xarici bazarlara üz tutmaq lazımdır. Vəsait ayrılsa problem olmayacaq”, - Benites deyib.