27/11/2018
17:55
2123
| A A A
Pulişiç 3 klubun hədəfində

Dortmund Borussia-sının yarımmüdafiəçisi Kristian Pulişiç mövsümün sonunda klubdan ayrıla bilər.

Goal.az xəbər verir ki, klub futbolçunu yayda satışa çıxarmağı nəzərdə tutur. ABŞ millisinin üzvünün satış qiyməti 70 milyon funt (79 milyon avro) təşkil edir. Pulişiç Chelsea, Liverpool və PSG-nin hədəfindədir. Bu klublar uzun zamandır ki, futbolçunu izləyir. Əsas namizəd Chelsea sayılır. Londonlular Pulişiçi Eden Azarın yerinə gətirməyi nəzərdə tutur. Hazard yayda Chelsea-dan ayrılacağını deyib.