27/11/2018
18:28
2247
| A A A
"Böyük klubda oynamaq üçün “gönüqalın” olmalısan"

Manchester United-in müdafiəçisi Luk Şou deyib ki, böyük klublarda oynamaq istəyən futbolçu “gönüqalın” olmalıdır.

Goal.az xəbər verir ki, futbolçu baş məşqçi Joze Mourinyonun onunla bağlı dediyi sözü bu şəkildə cavablandırıb. “Böyük klublarda yer almaq asan deyil. Hər şeyə dözməlisən. Məşqçinin təhqirlərinə adi baxmalısan. Manchester United dünyanın ən böyük klublarından biridir. Futbolçular baş məşqçinin fikirlərini qəbul etmək məcburiyyətindədir. İndi komanda çətin dövr yaşayır. Yeni müqavilə bağlamışam. Gələcəkdə nə olacağını bilmirəm”, - müdafiəçi deyib.

Xatırladaq ki, Mourinyo müsahibələrin birində Şounu “xaraktersiz, təfəkkürsüz” adlandırmışdı.