29/11/2018
19:33
2487
| A A A
Yüksək məvacib, 5 illik müqavilə

De Xea yüksək məvacib və uzunmüddətli müqavilə müqabilində Manchester United-də qala biləcəyini deyib. Goal.az xəbər verir ki, qolkiper həftəsinə 350 min funt tələb edir. Klubda bu məvacibi yalnız Aleksis Sançes alır. Qapıçı həmçinin 5illik müqavilə bağlamaq istəyir. İspaniyalı klubun həftəlik 275 min funt təklifini rədd edib. De Xeanın indiki müqaviləsi gələn il başa çatacaq. Juventus və PSG-nin qolkiperlə maraqlandığı deyilir. “Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo qolkiperin klubda qalmaq istədiyini bildirmişdi.