01/12/2018
10:41
1288
| A A A
Sançez üçün il bitdi

İngiltərənin Manchester United klubunun futbolçusu Aleksis Sançez zədələnib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Joze Maurinyo 30 yaşlı hücumçunun məşqdə dizaltı vətərindən xəsarət aldığını bildirib. Çilili oyunçu ilin sonuna qədər heç bir qarşılaşmada iştirak edə bilməyəcək.  

Qeyd edək ki, Aleksis Sançes bu ilin yanvarından Manchester United-də çıxış edir.