01/12/2018
13:25
1419
| A A A
David Luiz gedir ya qalır?

Chelsea-nin müdafiəçisi David  Luiz klubda qalmaq istəyir.

Goal.az xəbər verir ki, braziliyalı futbolçu London klubu ilə müqaviləsini yeniləməyə hazırlaşır. Çindən gələn təklifi geri çevirən 31 yaşlı oyunçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək niyyətindədir. 

Qeyd edək ki, Chelsea ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq Luiz cari mövsüm ərzində 15 oyunda iştirak edib.