06/12/2018
11:57
1884
| A A A
Arsenal 20-yə çatdı

İngiltərə çempionatının 15-ci turunda Manchester United – Arsenal qarşılaşmasında bərabərlik qeydə alınıb-2:2. Goal.az xəbər verir ki, londonlular bu nəticə ilə məğlubiyyətsizlik seriyasını 20-yə çatdırıb. Startda iki oyunda məğlub olan Arsenal sonrakı matçlarda uduzmayıb-15 qələbə, 2 heç-heçə. London klubu 31 xalla beşinci yerdədir. Chelsea yalnız əlavə göstəricilərə görə bir pillə öndədir.