06/12/2018
12:48
1986
| A A A
Liverpool üçün 126 ilin ən yaxşı startı

Liverpool İngiltərə çempionatının 15-ci turunda Burnley-i məğlub edib-3:1.

Goal.az xəbər verir ki, bununla da Liverpool məğlubiyyətsizlik seriyasını 15-ə çatdırıb. Yurqen Kloppun komandası mövsümə 12 qələbə, 3 heç-heçə ilə başlayıb. Bu, son 126 ildə klubun ən yaxşı startı sayılır.

39 xal toplayan klub turnir cədvəlində ikinci pillədədir. Lider Manchester City-dən 2 xal geri qalır.