06/12/2018
13:27
2080
| A A A
Joze Mourinyo:“Bizi rahat buraxın”

Manchester United-in baş məşqçisi Joze Mourinyo ölkə çempionatının 15-ci turunda Arsenal-la oyunu(2:2) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı komandasının əzmkarlıq göstərdiyini deyib. “Futbolçularımdan narazı deyiləm. Əllərindən gələni etdilər. Bu oyunda sözün əsil mənasında mübarizə apardıq. Smollinq bir az xəstədir. Amma əla oynadı. Top qapımızın yaxınlığında olanda, hətta ehtiyatda olan futbolçularım panika yaşayırdı. Arsenal asan rəqib deyil. Biz topu itirəndə onlar daha təhlükəli olurdu. Bəziləri Manchester United-i Roy Kin, Ruud van Nistelroy və Nemanya Vidiçin oynadığı dövrlə müqayisə edir. Bununla razı deyiləm. Bizi rahat buraxın. Komandada əzmkarlıq var. Qələbəyə can atır. Hələlik sabit oyun göstərə bilmirik. Zamana ehtiyacımız var”,- Mourinyo bildirib.