06/12/2018
14:27
2063
| A A A
Bakıdan Manchester United-ə qədər uzanan yol

Manchester United-in müdafiəçisi Dieqo Dalot ən istedadlı futbolçular arasında göstərilir.

Goal.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, "qırmızı şeytanlar" onu son illərin ən uğurlu kəşfi sayır.

Portuqaliyalı ilə bağlı yazı dərc edən həmkarlarımız onun bu səviyyəyə gəlməsində 2016-cı ildə Azərbaycanda keçirilən Avropa çempionatının böyük rol oynadığını vurğulayıblar: "Dalot U-17-lər arasında Azərbaycanda keçirilən qitə birinciliyinin kəşfidir. Turnirdə 2 qola da imza atdı. Qrupda Azərbaycanın, finalda isə İspaniyanın qapısına yol tapdı, uğurlu çıxışını "Porto"da davam etdirdi. Bu ilin yayında keçdiyi Manchester United-də isə 19 yaşı olmasına baxmayaraq, ona yer tapmağa çalışırlar. Cinah müdafiəçiləri Antonio Valensiya və Eşli Yanq hazırda təşvişdədi. Çünki bilirlər ki, Dalot əsas heyətdə yer alsa, orda özünü möhkəmlədəcək. Bu hadisə isə gec-tez baş verəcək".

Qeyd edək ki, onun transferi Porto-ya 15 milyon avro qazandırıb. (matc.az)