06/12/2018
21:06
2426
| A A A
Fellainini bu hərəkətinə görə ağır cəza gözləyir

Manchester United-in yarımmüdafiəçisi Maruan Fellaini cəzalandırıla bilər.

Goal.az xəbər verir ki, ötən gün İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən Manchester United - Arsenal (2-2) qarşılaşması zamanı Maruan Fellaini Arsenal-ın futbolçusu Matteo Gündüziyə qarşı kobud hərəkətlə yadda qalıb. Belçikalı futbolçu rəqibin qarşısını almaq üçün onun saçından tutaraq qaydanı pozub. Oyunun hakimi cərimə zərbəsi təyin etsə də Fellainiyə sarı vərəqə göstərməyib. İngiltərə mətbuatı isə qeyd edir ki, Fellaini ən azı 3 oyunluq disklafikasiya olunmalıdır.

Xatırladaq ki,2016-cı ildə Leicester City-nin müdafiəçisi Robert Hat məhz Fellainin saçında tutaraq saxladığına görə 3 oyunluq disklafikasiya olunmuşdur.

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
9 səs