19/12/2018
13:32
9370
| A A A
Manchester United yeni baş məşqçisini açıqladı - RƏSMİ

Ule Qunnar Sulşer cari mövsümün sonuna qədər Manchester United-ə rəhbərlik edəcək.

Goal.az klub saytına istinadən xəbər verir ki, futbolçu karyerası ərzində 1996 - 2007-ci illərdə Manchester United-in formasını geyinmiş 45 yaşlı mütəxəssisin yeni vəzifəyə təyinatı az öncə açıqlandı.

Ötən gün klubun rəsmi saytında Sulşerin 1999-cu ildə Çempionlar Liqasının finalında Almaniyanın bAYERN mUNİCH komandasına vurduğu qələbə qolunun videosu bu sözlərlə paylaşılıb: “Sulşer kluba “Nou Kamp”da trebl ("qızıl het-trik") gətirən qoldan 20 mövsüm sonra bizim baş məşqçi əvəzimiz olur”. Lakin bu məlumat bir müddət sonra silinmişdi.

Norveçli sabiq forvard 2015-ci ildən MOlde-yə rəhbərlik edir. O, 2011-2014-cü illərdə də bu komandanın baş məşqçisi olub. Sulşer həmçinin Uelsin Cardiff City (2014) və Manchester United-in gənclər komandasında (2008 - 2011) çalışıb.

Xatırladaq ki, Manchester United uğursuz nəticələrlə əlaqədar dekabrın 18-də Joze Mourinyo ilə yollarını ayırıb. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15038 səs