03/01/2019
14:32
4229
| A A A
Arsenal üçün 5 məqam: 4-ü Qarabağ-la bağlı

İngiltərə mətbuatı Arsenal üçün mövsümün geridə qalan hissəsini dəyərləndirib.

Goal.az-ın məlumatına görə, onlar xüsusilə 5 məqama diqqət yetiriblər.

Komanda şəklində məğlubiyyətsiz oyunlar seriyasını vurğulayan KİV fərdi şəkildə yadda qalan 5 hadisəni sadalayıb. Maraqlıdır ki, onlardan 4-ü məhz Qarabağ-la bağlıdır. Həmin məqamlar bunlardır...

1. Avropa Liqası böyük klublar üçün o qədər də önəm kəsb etmir. Ancaq Loren Koselni cari mövsümü unutmayacaq. Çünki 7 aylıq fasilədən sonra əsas komandada ilk matçını məhz Avropa Liqasında Qarabağ-a qarşı keçirdi. Rob Holdinqin də zədələnməsi onun üçün yerinə düşdü və müdafiənin mərkəzində Sokratis Papastatopulosa tərəfdaşlıq etdi. Koselni özü də qarşılaşmadan sonra bildirdi ki, bunu adi oyun kimi yadda saxlamayacaq.

2. Məsut Özil mövsümə yaxşı başlasa da, tədricən ehtiyata həbs olundu. Meydana çıxdığı görüşlərdə məsuliyyətli davranmır, həvəssiz görünürdü. Halbuki Qarabağ-la Londondakı görüşün 72-ci dəqiqəsində Loren Koselni əvəzlənərkən kapitanlıq sarğısını onun qoluna taxdı. Ancaq bu da Özilə əlavə məsuliyyət hissi gətirmədi.

3. Gənc Bukayo Saka Arsenal-ın heyətində start "onbirliy"ində ilk oyununu Avropa Liqasının son oyununda keçirdi. Vorskla ilə görüşdə ehtiyatdan meydana daxil olsa da, Qarabağ-la qarşılaşmada 90 dəqiqə iştirak etdi. Həmin matçda Eddi Nketia və Co Uillok da oynadı. Ancaq Saka hər ikisindən yaxşı təsir bağışladı, daha hazırlıqlı göründü. Hətta qol da vura bilərdi. Ancaq rəqibin qapıçısı Vaqner da Silva yaxın məsafədən inanılmaz reaksiya ilə buna mane oldu.

4. Naço Monreal Premyer Liqanın XVI turunda Huddersfield-lə ev oyununda zədədən qayıdaraq meydana çıxdı. "Topçular"ın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə ispaniyalı 66-cı dəqiqədə Mustafini əvəzlədi. Ancaq Emeri onunla mövsümün sonuna qədər olan müqaviləni yeniləməyə hələ tələsmir. Futbolçunun özünü göstərmək üçün 6 ayı qalıb.

5. 2010-cu ildə Birmingham-in formasını geyinmiş Miçel bu dəfə Qarabağ-ın heyətində İngiltərəyə qayıtdı. Bu da Arsenal-la matça təsadüf etdi. Birmingham onu Sportinq Dijon-dan 3 milyon avroya transfer etmişdi. Burdakı 12 uğursuz aydan sonra isə vətəninə qayıtmışdı. Qarabağ-ın heyətində də İngiltərədə yaxşı oyun keçirə bilmədi. (matc.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2828 səs