03/01/2019
18:26
960
| A A A
Fabreqas 500-ə çatdı

Chelsea-nın yarımmüdafiəçisi Sesk Fabreqas İngiltərə klublarında 500-cü oyununu keçirib.

Goal.az xəbər verir ki, bu göstərici ölkə çempionatının 21-ci turunda keçirilən Chelsea-Southampton matçında (0:0) qeydə alınıb. Fabreqas oyunun 68-ci dəqiqəsində meydana çıxıb.

“İngiltərə Premyer Liqası ən güclü rəqabətin olduğu liqadır. Burada 500 oyun keçirmək asan deyil. Xoşbəxtəm ki, bu mənə nəsib oldu”, - ispaniyalı bildirib.

Fabreqas 2014-cü ildən Chelsea-da çıxış edir. Buna qədər Arsenal-ın formasını geyinib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2076 səs