04/01/2019
20:00
1918
| A A A
Manchester City avrokuboklardan kənarlaşdırıla bilər

Manchester City ciddi sanksiya ilə üzləşə bilər.

Goal.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu UEFA-nın klubların maliyyə nəzarəti üzrə baş müstəntiqi İv Leterm deyib.

O bildirib ki, Manchester City-nin sponsorluq anlaşmalarında saxtakarlığa yol verildiyinə dair iddia var. Leterm məsələ ilə bağlı araşdırma apardıqlarını söyləyib: "Bu məlumat təsdiqini tapsa, klub ciddi sanksiya ilə üzləşəcək. Hətta UEFA-nın turnirlərindən kənarlaşdırıla da bilər".

Qeyd edək ki, PSG ilə bağlı da araşdırma aparılır.