05/01/2019
12:49
2232
| A A A
Qvardiolaya xəbərdarlıq edildi

İngiltərə Futbol Assosiasiyası (FA) Manchester City komandasının baş məşqçisi Xosep Qvardiolaya xəbərdarlıq edib. 

Goal.az xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin Liverpool-a 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur matçındakı davranışı səbəb olub.

Qvardiola görüş zamanı emosiyalarını açıq büruzə verib, boynundakı şərfi nümayişkaranə formada yerə tullayıb və ehtiyat hakim Martin Atkinsonun üstünə qışqırıb. Atkinson temperamentli baş məşqçini sakitləşdirmək üçün hətta referi Entoni Teyloru texniki zonaya dəvət etməli olub. 

Bu, ispaniyalı mütəxəssisə ilk xəbərdarlıqdır. O daha üç xəbərdarlıq alsa, diskvalifikasiya olunacaq. 

Qeyd edək ki, Xosep Qvardiolanın Manchester City-nin baş məşqçi postunda 100-cü qələbəsi məhz Liverpool-la görüşə təsadüf edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17585 səs