11/01/2019
13:16
1007
| A A A
Manchester City-dən 52 illik rekord

Manchester City İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk matçında Burton-u 9:0 hesabıyla məğlub edib.

Goal.az Opta saytına istinadən xəbər verir ki, “şəhərlilər” bu nəticəylə İngiltərə futbolunda yeni rekorda imza atıblar. Belə ki, Manchester City ardıcıl 2 kubok oyununda azı 7 top vurmağı bacaran ikinci klub olub. Mançester təmsilçisi İngiltərə Federasiya kubokunda Rotterham-ı 7:0, ardınca İngiltərə kubokunda isə Burton-u 9:0 hesabıyla məğlub edib.

Manchester City-ə qədər, hazırda Çempionşipdə çıxış edən Leeds 1967-ci ildə ardıcıl 2 kubok matçında ən azı 7 top vurmuşdu.

Qeyd edək ki, Burton-la Manchester City arasında cavab matçı yanvarın 23-də keçiriləcək.