12/01/2019
11:48
657
| A A A
Kloppla Van Deyk ən yaxşı seçildilər

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşıları müəyyənləşib.

Goal.az-ın liqanın saytına istinadən yaydığı xəbərə görə, Liverpool-un çalışdırıcısı Yürgenn Klopp ötən ayın ən yaxşı məşqçisi seçilib. Onun komandası dekabrda 7 oyununun hamısında qalib gəlib.

Liverpool-un müdafiəçisi Virgil van Deyk isə ötən ilin son ayının ən yaxşı oyunçusu olub. 27 yaşlı futbolçu dekabrda 7 matçda 1  qol vurub, 2 qolun ötürməsini verib.