05/02/2019
13:21
2709
| A A A
Kloppdan ofsayd etirafı

Liverpool-un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatı çərçivəsində West Ham-la oyunu (1:1) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı çətin matç olduğunu deyib. “Standart vəziyyətlər çox oldu. Ancaq yararlana bilmədik. Düşünürəm ki, mətbuat matç barədə artıq kifayət qədər yazıb. Hərçənd mən hələ heç nə deməmişəm. Qolu ofsayddan vurduq. Bunu inkar edə bilmərəm. Görünür, hakim fasilədən sonra bildi. Bir xal qazandıq. Məncə, hər şey ədalətli oldu. Liverpool standart vəziyyətlərdə problem yaşadı. Rəqib güclü şəkildə müdafiə olunurdu. Əldə etdiyimiz bir xalla yolumuza davam edirik. Səhvlərdən nəticə çıxarmalıyıq. Turnir cədvəlindəki yerimizi qorumaq məcburiyyətindəyik”,- mütəxəssis deyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
8188 səs