05/02/2019
14:46
2822
| A A A
Pelleqrini: "Klopp ofsaytdan vurulan qollar sayəsində qalib gəlməyə adət edib"

West Ham-ın baş məşqçisi Manuel Pelleqrini komandasının Liverpool-la bərabərə (1:1) qaldığı oyundan danışıb.

Goal.az xəbər verir ki, mütəxəssis rəqibin ofsaytdan vurduğu qola da münasibət bildirib. “Oyunumuzdan razı qaldım. Liverpool güclü müdafiəsi olan klubdur. Əla oynadıq. Nəticədən narazıyam. Komandam qələbəyə layiq idi. Rəqibin turnir cədvəlindəki yeri bizi maraqlandırmırdı. Qələbə üçün oynayırdıq və məncə, qalib gəldik. Hakim ədalətli qərar versəydi, West Ham-ın qələbəsi qeydə alınacaqdı. Klopp ofsaytdan vurulan qollar sayəsində qalib gəlməyə adət edib. Ötən il Malaqada da eyni şey təkrarlandı. Buna görə, onun şikayət etməyə haqqı çatmır”,- Pelleqrini vurğulayıb.

Qeyd edək ki, Liverpool 62 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə qərarlaşan Manchester City-ni 3 xal qabaqlayır. Pelleqrinin klubu 32 xalla 12-ci yeri tutur.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs