05/02/2019
15:06
5935
| A A A
Emeri 5 yeni futbolçu istəyir

Arsenal yay transfer pəncərəsində 45 milyon avro xərcləyə bilər.

Goal.az xəbər verir ki, klub Çempionlar Liqasına çıxa bilməsə, baş məşqçi Unai Emeriyə transferlər üçün bu qədər vəsait ayrılacaq. İspaniyalı mütəxəssis yayda komandanı yenidən qurmağı düşünür. Ən azı 5 futbolçu almağı nəzərdə tutur. Arsenal-ın maliyə durumu Mesut Özilin satılmasını tələb edir. Baş məşqçinin diqqətindən kənarda qalan Özil həftəsinə 400 min avro alır. Arsenal qışda Barcelona-dan Denis Suaresi icarəyə götürüb. Onun tam transferi “topçular” 20,5 milyon avroya başa gələcək. Emeri Özilin satışından əldə ediləcək vəsaiti Suaresin transferinə sərf etməyi nəzərdə tutur. Klub hazırda turnir cədvbəlində 47 xalla altıncıdır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22178 səs