07/02/2019
12:31
1803
| A A A
Qvardiola sevinmək üçün tez olduğunu düşünür

Manchester City-nin baş məşqçisi Pep Qvardiola səfərdə Everton üzərində qələbədən (2:0) danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı oyundan razı qaldığını deyib.

“İkinci yarıda problemlər oldu. Ümumilikdə isə matç xoşuma gəldi. Rəqibin təhlükəli vəziyyət yaratmasına imkan vermədik. Daha yaxşı oynamaq da olardı. Hücumçumuz Qabriel Jezus qısa zaman ərzində 9 qol vurub. Serxio isə 3 dəfə fərqlənib. Qələbə bizi liderliyə yüksəltdi. Birnci pillədə nə qədər qalacağımızı bilmirəm. Sevinmək tezdir. Liverpool-un ehtiyatda bir oyunu var. “Old Trafford”da qalib gəlsə, liderliyimiz bitəcək. Düzü, bu barədə düşünmürəm. Bir neçə gün əvvəl aramızda 7 xal fərqi var idi. İndi isə biz birinci yerdəyik. Sadəcə, mübrizə aparmaq lazımdır. Chelsea ilə çox çətin oyunumuz var. Bu matç çox suallara aydınlıq gətirə bilər”,- Qvardiola deyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs