09/02/2019
14:58
2160
| A A A
Liverpool rekord gəlir əldə etdi

Liverpool  2017-2018 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Goal.az xəbər verir ki, "mersisaydlılar" rekord məbləğdə gəlir götürdüklərini bəyan ediblər.

Klub geridə qalan mövsümdə 455 milyon funt sterlinq gəlir əldə edib. Bu isə Liverpool-un tarixi ərzində əldə etdiyi ən yüksək məbləğdir. 

İngiltərə təmsilçisinin xalis mənfəəti isə, təxminən, 300% artaraq 125 milyon funt sterlinq olub. 

Qeyd edək ki, Liverpool 2017-2018 mövsümündə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb və finalda İspaniya Real Madrid-inə 1:3 hesabı ilə uduzub. İngiltərə təmsilçisi həmin mövsüm braziliyalı Filippe Koutinyonu Barcelona-ya satıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
9498 səs