11/02/2019
10:21
4132
| A A A
Sarri: “Baş verənləri izah etməyə halım yoxdur”

Chelsea-nın baş məşqçisi Maurisio Sarri komandasının məğlubiyyətindən danışıb.

Goal.az verir ki, Manchester City Chelsea-nı darmadağın edib-6:0.

“Bu həftə kefim kök idi. Hər şey korlandı. Matçın üçüncü dəqiqəsində qol buraxdıq və özümüzə gəlmədik. Matça təzyiqlə başlamaq istəyirdik. İlk dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu. Rəqibə kifayət qədər boş zona yaratdıq. Problem yetərincə oldu. Baş verənləri izah edə bilmirəm. Halım yoxdur. Manchester City ilə oyunda səhv etmək olmaz. Oyuna köklənməyimiz lazım idi. Bacarmadıq. Səfər oyunlarında problemlərdən qaça bilmirik. Mövsümün əvvəllərində isə evdə çətinlik çəkirdik. Bunun səbəbini tapmaq lazımdır. Özüm tək oturub matçın videotəkrarına baxmalıyam. Bundan sonra nə baş verdiyini biləcəyəm”,- Sarri deyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22591 səs